İsmayıllıda Qarabağ müharibəsi əlillərinə fərdi evlər verilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda yaşayan 3 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evləri verilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev bildirib ki, Azərbaycanda uğurla davam etdirilən mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin edilməsinə yönəlib.


Məlumat verilib ki, nazirlik tərəfindən bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, İsmayıllı və digər rayonlarda müasir tələblərə cavab verən yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Son bir ildə 310 yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib. İndiyədək 5045 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda 94, Şamaxıda 36, İmişlidə 54 mənzilli yaşayış binasının və digər rayonlarda 103 fərdi evin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq  təmir olunması işləri davam etdirilir. Yaxın vaxtlarda 53 rayonda 142 fərdi evin tikintisinə başlanılacaq. Məlumat verilib ki, indiyədək İsmayıllı rayonunda 110 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib, bu kateqoriyadan olan 33 nəfər minik avtomobili, 12 nəfərə əlil arabası verilib.


Çıxışlardan sonra Qarabağ müharibəsi əlillərinə - Kamal Nağıyev, Elşən Əsgərov və Pərviz Həsənova 2 və 3 otaqlı fərdi yaşayış evlərinin açarları və sənədləri təqdim edilib. Sonra mənzillərə baxış keçirilib, ailələr üçün yaradılan şəraitlə tanışlıq olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdamda avtomobil piyadani vurub
    Ağdamda avtomobil piyadanı vurub
  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ