Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında struktur dəyişiklikləri aparılıb

mingecevir seher merkezi xestexanasinda struktur deyisiklikleri aparilib

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının strukturunda dəyişikliklər aparılıb.

 

APA-nın məlumata görə, Mingəçevir  şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov bildirib ki, təcili yardım da daxil olmaqla, bir sıra şöbələrdə struktur dəyişikliyi həyata keçirilib. Onun sözlərinə görə, cərrahi profilə aid olan və ayrı-ayrı korpuslarda yerləşən urologiya, proktologiya, lor, onkologiya, uşaq cərrahiyəsi, ümumi cərrahiyə, oftalmologiya “cərrahiyə şöbəsi” adı altında birləşdirilib. Həmin şöbə üçün 100 çarpayılıq bölmə yaradılıb.


Xəstəxananın direktoru qeyd edib ki, doğum şöbəsində aparılan dəyişiklər vaxtından əvvəl doğulan ağır vəziyyətdə olan uşaqlara intensiv terapiyanın aparılması uçun tam şərait yaradır: “Belə ki, burada süni tənəffüs aparatı, küvəz quraşdırılıb. Anadangəlmə sarılıqla doğulanlara təxirəsalınmaz yardım kimi fototerapiya cihazı quraşdırılıb. 60 çarpayılıq terapiya şöbəsində isə pərakəndə şəkildə yerləşmiş kardiologiya, nefrologiya, terapiya və nevrologiya bölmələri birləşdirilib. Doğum şöbəsi B korpusundan C korpusuna keçirilib. Həmin bölmədəki əməliyyatxananın yanında intensiv nəzarət bloku yaradılıb. Qeyd edək ki, aparılan dəyişiklik mövcud çarpayılardan daha səmərəli istifadə etməyə imkan yaradır və göstərilən tibbi xidmətin keyfiyyətini artırır. Nəticədə xəstəxana keçən ilki göstəricilərindən 2 dəfə artıq xəstə qəbulu və müayinəsi həyata keçirir. Mingəçevir şəhərində də Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Mingəçevir  şəhər Mərkəzi Xəstəxanası nəzdində TTTY şöbəsi qurulmuş və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb. “Triaj” sistemi xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • denizde batan iki gencin meyiti tapilib
    Dənizdə batan iki gəncin meyiti tapılıb
  • dunya birjalarinda neft ucuzlasib
    Dünya birjalarında neft ucuzlaşıb
dunya birjalarinda neft ucuzlasib dunya birjalarinda neft ucuzlasib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ