MM-də “Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib

mm de sosial xidmet haqqinda qanunun icrasi uzre dinlemeler kecirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib.

APA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəbli qanunun icrası barədə danışaraq bildirib ki, komitə tərəfindən hazırlanmış bu qanun ilk dəfə olaraq bir necə məsələni ortaya qoyub.

 

O qeyd edib ki, qanunda sosial işçi ilə sosial xidmətçilərin işinin ayrı olduğu qeyd olunub: “Bu sahə üzrə layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər. Qanunun çox önəmli məqamları var. Lakin gedişat göstərdi ki, onun icrası ilə bağlı bəzi çətinliklər meydana gəlir. Bundan başqa, sosial xidmətlərin miqyası da genişlənir. Buna görə də bu məsələ ilə bağlı müzakirələrə ehtiyac var”.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparılıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb, buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır: “Bu gün uşaqlar üçün Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. İndiyədək burada 800 nəfər 10 peşə istiqamətində hazırlığa cəlb olunub, 678 nəfər sertifikat əldə edib.  Nazirliyin nəzdində ahıl şəxslər üçün pansionat fəaliyyət göstərir ki, orada 300 ahıl şəxsə xidmət göstərilir. Evlərdə sosial xidmət aparmaq üçün bu sahədə fəaliyyət göstərənlərin sayı  12 mindən çoxdur”.

 

Dinləmələr ekspertlərin çıxışları ilə davam edib.

 

Tədbirdə “Sosial işçinin bir günü” adlı film də nümayiş olunub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ