Nazir Kəmaləddin Heydərov Niderland Krallığı Senatının sabiq sədri ilə görüşüb

nazir kemaleddin heyderov niderland kralligi senatinin sabiq sedri ile gorusub

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin, su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

2014-cü ilin noyabrında imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm addım olub. Hazırda su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir çox işlər başa çatmış, birgə layihə çərçivəsində səylər davam etdirilir.

 

Rene Van der Linden bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ