Səlim Müslümov: “İşləyən pensiyaçılara hər 72 aydan bir pensiyalarını artırmaq imkanı verilib”

selim muslumov isleyen pensiyacilara her 72 aydan bir pensiyalarini artirmaq imkani verilib

“Əmək bazarındakı müsbət meyillər 2017-ci ildə məcburi dövlət sosial sığorta haqlarının artmasına imkan yaradıb”.

 

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi  naziri Səlim Müslümov deyib.  Onun sözlərinə görə, qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının məbləği 2016-cı illə müqayisədə 10,8% və ya 130 mln. manat artaraq 1 mlrd. 338 mln. manat olub və büdcə proqnozu 103% icra edilib.

 

Nazir bildirib ki, daxilolmaların səviyyəsi 3,4 milyard manatlıq pensiya və müavinət xərclərini vaxtında maliyyələşdirməyə imkan verib.

 

“Ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib. Altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir”, - deyə S.Müslümov vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:06 22 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fizuli rayonunda 10 otaqli ev yanib
    Fizuli rayonunda 10 otaqlı ev yanıb
  • qaxda fermaya hucum eden canavarlar 37 qoyunu parcalayib
    Qaxda fermaya hücum edən canavarlar 37 qoyunu parçalayıb
qaxda fermaya hucum eden canavarlar 37 qoyunu parcalayib qaxda fermaya hucum eden canavarlar 37 qoyunu parcalayib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.078
 
RR
0.03