Tərtərdə "Bayraq yürüşü" keçirilib

Tərtərdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbir Təhsil Nazirliyi, Müdafiə Nazirliyi,  “ASAN Xidmət” və Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.


Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN Xidmət”in əməkdaşları, hərbçilər, ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və  KİV nümayəndələri iştirak edib.


Yürüşdən əvvəl iştirakçılar Tərtər rayonunun mərkəzi meydanında Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar. Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək bldirib ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır: "Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən Bayraq yürüşü gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıyır”.


Təmas xəttində xidmət edən hərbçilərin də qatıldığı yürüşdə minlərlə tərtərli iştirak edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:08 17 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qebiristanliqda gizledilmis silah tapilib
    Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapılıb
  • baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib
    Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansi...
baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0827
 
RR
0.0301