UNEC-də xarici ticarət üzrə mütəxəssis hazırlığı təkmilləşdiriləcək

unec de xarici ticaret uzre mutexessis hazirligi tekmillesdirilecek

UNEC-də Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsindən irəli gələn məsələlərə dair toplantı təşkil olunub.

 

UNEC-dən APA-ya bildirilib ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi missiyasının ölkə iqtisadiyyatına verəcəyi faydalardan danışan rektor, professor Ədalət Muradov universitetin bu sahədə dövlət strategiyasına, Azərbaycan prezidenti İlham Əliyevin qarşımıza qoyduğu hədəflərə və ixracyönümlü müəssisələrin sahibkarlarına universitet səviyyəsində dəstəyin göstəriləcəyini vurğulayıb.

 

Daha sonra müzakirələr aparılaraq, qeyri-neft ixracının stimullaşdırılmasına dair alimlərin mövqeyi dinlənib, UNEC-də ixrac üzrə mütəxəssislərin hazırlanmasına dair təkliflər təhlil edilib. Toplantı iştirakçıları qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək mərkəzin yaradılması təklifini müsbət dəyərləndiriblər. “Ticarət və Gömrük işinin təşkili” kafedrasının nəzdində fəaliyyət göstərəcək mərkəzin əsas fəaliyyəti ölkədə neftdən kənar sahələrin inkişaf etdirilməsi, ixrac potensialının artırılmasına dəstək verəcək təkliflərlə çıxış etmək olacaq.

 

İqtisadiyyatın bu sahəsi üçün kadr hazırlığını təmin etmək məqsədilə universitetdə ixracyönümlü tədris planlarına yer ayrılması qeyd edilib. İxracatçılara universitetin metodiki dəstək göstərməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə əməkdaşlıq prinsiplərinin hazırlanması tapşırığı verilib. Dissertasiya işlərində ixrac mövzularına diqqətin artırılması məqsədi ilə verilən təkliflər müsbət dəyərləndirilib. Magistratura Mərkəzində, UNEC Biznes Məktəbində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bu sahə üzrə mütəxəssislərin hazırlanması, bunun üçün yeni ixtisasların yaradılması, İqtisadi Araşdırmalar Elmi-tədqiqat İnstitutunda geniş miqyaslı tədqiqatların aparılması, ixracatçı şirkətlərə dəstək məqsədi ilə beynəlxalq bazarların araşdırılması işinin təşkililə bağlı qərarlar verilib.

 

Ə. Muradovun göstərişi ilə ixracatçılara dəstək formasına xarici bazarların araşdırılmasında həmin ölkələrin nüfuzlu ali məktəblərinin məzunu olan UNEC müəllimlərinin, eyni zamanda ikili diplom proqramları əsasında xarici universitetlərdə tədrisini davam etdirən tələbələrin də cəlb edilməsi nəzərdə tutulub.

 

Tədbirin sonunda ixracatçı şirkətlərin universitetə dəvət edilərək dəyirmi masaların keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
  • bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşi...
bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ