Yağış kəsəcək

yagis kesecek

Bakıda və Abşeron yarımadasında noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-11° isti, gündüz  14-17° isti, Bakıda gecə  9-11° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi normadan yüksək 769  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  70-80 % olacaq. 

 

 

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 14-19° isti, dağlarda 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 19 Fevral
Video
09:04 19 Fevral
10:47 18 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek
    Sabahdan Bayıldakı sürüşmə zonasında yaşayan 67 ailəyə kiray...
  • 191 dovlet emlaki satisa cixarilacaq
    191 dövlət əmlakı satışa çıxarılacaq
191 dovlet emlaki satisa cixarilacaq 191 dovlet emlaki satisa cixarilacaq +2
MƏZƏNNƏ
FOREX
/ 19 Fevral, 2018

USD
1.7001
 
EUR
2.1108
 
RR
0.0301