Zaqatalada qanunsuz ağac kəsən şəxs cərimələnib

zaqatalada qanunsuz agac kesen sexs cerimelenib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ. Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301