“Həkimlər və Təbib Tələbələr Cəmiyyəti”nin üzvləri Yamaykada keçirilən beynəlxalq tədbirə qatılıblar
13 avqust 2008 12:14 (UTC +04:00)
Bakı – APA. Avqustun 7-dən 13-dək Yamaykanın Ocho Rios şəhərində Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyasının (IFMSA-www.ifmsa.org) növbəti yığıncağı keçirilib. Tədbirdə Azərbaycanı “Həkimlər və Təbib Tələbələr Cəmiyyəti” İctimai Birliyinin baş katibi Lalə Qasımova və birliyin üzvü Kama Babayeva təmsil ediblər. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, yığıncağa dünyanın 95 ölkəsindən 1000 nəfər tibb tələbəsi qatılıb. Tədbirdə elmi və ixtisas mübadilələri üzrə 30 razılaşma imzalanıb. Razılaşmalara əsasən, 3 pilləli seçimdən keçəcək tibb tələbələrimiz Avropanın inkişaf etmiş ölkələri olan Almaniya, Norveç, Niderland, Avstriya, Türkiyə, Polşa, Macarıstan və digərlərində hər biri 1 ay olmaqla təcrübə keçmək imkanı qazanacaqlar. Tədbirdə IFMSA-nin dəstəyi ilə “Həkimlər və Təbib Tələbələr Cəmiyyəti” İctimai Birliyinin həyata keçirəcəyi "Tibb Təhsilində Bolonya Prosesi və Müasir Tədris Metodları" adlanan layihə Tibb Təhsili Komitəsində və IFMSA-nın layihə təqdimi bölümündə təqdim olunub. Bundan başqa cəmiyyətin baş katibi Lalə Qasımova İFMSA-nın elmi mübadilə komitəsinə inkişaf üzrə koordinator seçilib.
Sosial
Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb - FOTO
17:29
5 oktyabr 2024
Naxçıvanda 40 kəklik, 15 turac təbiətə buraxılıb - FOTO
17:03
5 oktyabr 2024
Rəis müavini: Zəngilan Rəqəmsal İdarəetmə Mərkəzi innovativ həll layihəsidir - FOTO
16:15
5 oktyabr 2024
Media nümayəndələri Zəngilanda yaşayış komplekslərinin tikintisi ilə tanış olublar - FOTO
16:02
5 oktyabr 2024