Ermənistan Azərbaycanla mobil rabitə əlaqəsi yaratdığı haqqında saxta məlumat yayıb

Ermənistan Azərbaycanla mobil rabitə əlaqəsi yaratdığı haqqında saxta məlumat yayıb
# 15 avqust 2008 14:31 (UTC +04:00)
«Azerfon»dan «APA-Economics»ə verilən məlumata görə, həmin saytda Ermənistanın mobil operatorlarından birinin «Nar Mobile» ilə rouminq razılaşması əldə etdiyi barədə saxta məlumatlar yayılıb. «Azerfon» şirkəti artıq «GSMworld» təşkilatının ABŞ və Böyük Britaniyada yerləşən ofislərinə rəsmi şikayət məktubu göndərib. Saytın rəhbərliyi cavab olaraq bildirib ki, yanlış məlumat qısa müddət ərzində aradan qaldırılacaq.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR