Çində “Xato” qasırğası 12 nəfərin həyatına son qoyub

Çində “Xato” qasırğası 12 nəfərin həyatına son qoyub
# 24 avqust 2017 03:28 (UTC +04:00)

Çinin cənubunda “Xato” qasırğası 12 nəfərin həyatına son qoyub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət həmçinin Çinin xüsusi inzibati rayonu Makao, Honkonq, eləcə də Quandun və Futszyan əyalətlərini əhatə edib.

Qasırğa ilə əlaqədar 27 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 664 hektar kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Avqustun 19-da Çinin Quansi Cuan Muxtar rayonunda davam edən leysan yağışları 10 nəfərin səbəb olub. 192 min nəfərin əmlakına ziyan dəyib, bir sıra yaşayış məntəqələrində avtomobil yolları dağılıb, elektrik enerjisi kəsilib, rabitə əlaqəsi pozulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR