Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib

Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib
# 16 yanvar 2017 09:13 (UTC +04:00)

Təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərində vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad, Saatlı, İmişli və Şirvan sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu, iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda qaldırılan əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Qəbulda Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətləri də dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR