İtaliyanın zəlzələdən zərər çəkmiş rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib

İtaliyanın zəlzələdən zərər çəkmiş rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 26 avqust 2016 05:21 (UTC +04:00)

Bakı-APA. İtaliyanın Nazirlər Şurası avqustun 24-nə keçən gecə baş vermiş güclü zəlzələdən zərər çəkmiş rayonlarda fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Matteo Rentsi hökumətin xüsusi toplantısından sonra deyib.

İclasda təbii fəlakətdən sonra yaranmış vəziyyət müzakirə olunub.

Zəlzələdən zərər çəkmiş vətəndaşlara yardımın göstərilməsi üçün 50 mln. avro ayrılıb.

Qeyd edək ki, son məlumata görə, İtaliyanın mərkəzi hissəsində avqustun 24-nə keçən gecə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 250-ə, xəsarət alanların sayı isə 365 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR