Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Sentyabr
# 13 sentyabr 2016 18:00 (UTC +04:00)

Suriyada daha öncə bir neçə dəfə atəşkəs elan olunsa da, çox keçmədən bu razılaşmanın pozulması yüzlərlə insanın ölümünə səbəb olub... Rusiya və ABŞ arasında Cenevrədə əldə olunan növbəti razılaşmanın üstündən isə heç bir gün keçmədi... Amma görünən budur ki, Con Kerri və Sergey Lavrov arasında əldə olunan razılaşma Kremlin indiyədək nail olmaq istədiyi məqsədlərə doğru gedən yolunu bir qədər də asanlaşdırır... Baxmayaraq ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara başladığı dövrdə Ağ Ev rəhbəri bu hərbi müdaxilənin uğursuzluqla nəticələnəcəyini bildirmişdi... Hazırda isə Vaşinqton Moskvanın Suriyadakı terrorçu qruplaşmalarla mübarizədə gücləri birləşdirmək təklifinə belə demək mümkünsə, güzəştə gedib... Bu halda Suriyanın gələcəyi barəsində aparılacaq ciddi müzakirələr zamanı Bəşər Əsəd rejimi, eləcə də Rusiya və İran bu danışıqlarda aparıcı mövqeyə sahib olacaq... Sözü gedən razılaşma Vaşinqtonun Suriyanın Bəşər Əsədin xilası da daxil olmaqla, bir sıra əhəmiyyətli güzəştlərə imza atacağı, eləcə də Yaxın Şərq regionundakı münaqişələrdə ABŞ-ın Rusiyanın kiçik tərəfdaşına çevriləcəyi anlamına gəlir... Çünki Suriyada bir il əvvəl həddindən artıq zəif olan Bəşər Əsəd möhkəmlənməkdədir... Beləliklə, Suriyada atəşkəsin davamlı olub-olmayacağından asılı olmayaraq, Rusiya Suriya münaqişəsinin həlli ilə bağlı ABŞ-la əldə olunan razılaşmadan yalnız qazanmış kimi görünür...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR