Frederik Antonetti: “Lill”-“Qəbələ” oyununda favorit yoxdur”

Frederik Antonetti: “Lill”-“Qəbələ” oyununda favorit yoxdur”
# 27 iyul 2016 18:53 (UTC +04:00)

Bakı-APA. “Qəbələ” ilə oyundan əvvəl heyətdə problemlərimiz var. Bəzi oyunçularımız zədəli idi. Onlar bu səbəbdən sabahkı görüşdə oynamayacaq”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Lill” klubunun baş məşqçisi Frederik Antonetti deyib.

O, Avropa Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək “Lill” – “Qəbələ” oyununa həsr olunan mətbuat konfransına qatılıb. Mütəxəssis matç haqda fikirlərini açıqlayıb: “Qəbələ”nin son matçını izlədim. Çox yaxşı komandadı. Aqressiv, təşkilatlanmış kollektivə malikdi”.

Antonetti “Qəbələ”nin heyətində Rəşad Sadiqovu fərqləndirib: “Komandanın kapitanını bəyəndim. Ümumilikdə “Qəbələ”nin 4 matçını izləmişəm. Bu üzdən komandanın səviyyəsini düzgün qiymətləndirə bilmərəm. Amma heyətdə yaxşı futbolçuları var. Həmçinin oyun üslubları da diqqət çəkir”.

Antonetti şansları dəyərləndirməyə çətinlik çəkdiyini bildirib: “Fikrimcə sabahkı qarşılaşma asan keçməyəcək. Bu oyunda favorit yoxdu. Bildiyim odu ki, hər iki komanda üçün çətin bir qarşılaşma olacaq. Komandam oyuna tam hazır deyil. Avropa çempionatının iyulun ortasında başa çatması hazırlığımıza təsir etdi. Bəzi oyunçular da düşərgəmizə gec gəldi. Bu üzdən “Lill” “Qəbələ” ilə matça 70 faiz hazırdı. Əgər daha 1 həftə vaxtımız olsaydı, daha yaxşı hazırlaşardıq”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR