Kanadada müsəlman qəbiristanlığında silahlı insident baş verib, 4 nəfər yaralanıb

Kanadada müsəlman qəbiristanlığında silahlı insident baş verib, 4 nəfər yaralanıb
# 12 mart 2016 01:48 (UTC +04:00)

Bakı-APA. Kanadanın Koçreyn şəhəri yaxınlığında (Alberta əyaləti) müsəlman qəbiristanlığında atışma baş verib.

APA-nın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat verib.

Hadisə yerinə çox sayda polisin cəlb edildiyi, ərazinin əhatəyə alındığı bildirilir.

İnsidentin təfərrüatları müəyyənləşdirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Onların kimliyi, həmçinin vəziyyətləri barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, Koçreyn şəhəri Alberta əyalətinin ən iri şəhəri olan Kalqaridən 36 km şimal-qərbdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR