Bakıda qardaşını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda qardaşını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb
# 14 aprel 2016 09:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Tofiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 19-a təyin edilib.



Qeyd edək ki, T. Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi endirərək öldürüb. Hadisədən sonra T.Ağayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR