Çavuşoğlu Türkiyə Ordusunun Suriyada əməliyyata başlamasının məqsədini açıqlayıb

Çavuşoğlu Türkiyə Ordusunun Suriyada əməliyyata başlamasının məqsədini açıqlayıb
# 24 avqust 2016 11:21 (UTC +04:00)

Bakı - APA. “Türkiyənin cənubundan İŞİD terror təşkilatını siləcəyik”.

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

M. Çavuşoğlu artıq Türkiyə ordusunun tanklarının Cerablus istiqamətində Suriya sərhədini keçdiyini təsdiqləyib, Azad Suriya Ordusunun da əməliyyata qatıldığını bildirib: “Ankaradakı son 2 terroru həyata keçirənlər Suriyadakı PKK düşərgələrindən gəldi. Salih Müslüm, PKK-nın Suriya qolu PYD niyə narahat oldu? Bu narahatlıq indiyə qədər Türkiyənin dost dövlətlərə anlatdıqlarının haqlı olduğunu göstərir. PYD-nin məqsədi Suriyanı parçalamaq, kantonlar qurmaq olmasaydı, niyə narahat olurdu? PYD qüvvələri Fərat çayının şərqinə doğru geri çəkilməlidir. ABŞ da bizə Münbic əməliyyatı zamanı bu barədə söz vermişdi. Əks təqdirdə, Türkiyə lazım olan addımı atacaq. Bizim məqsədimiz Türkiyəyə qarşı təhdidləri aradan qaldırmaqdır. Əgər PYD terroru, silahı buraxacaqsa, Suriyanın ərazi bütövlüyünün tərəfdarıdırsa, narahat olmamalı idi. Bu gün PYD, PKK getdikləri hər yerdə başqa etnik qrupları köçməyə məcbur edir. İranda PJAK, Türkiyədə PKK, Suriyada PYD eynidir, getdikləri yerlərdə başqa etnik qrupları, özləri kimi düşünməyən kürdləri belə o ərazilərdən deportasiya edirlər. Bizim İŞİD-dən azad etdiyimiz ərazilərdən isə heç kim köçürülməyəcək, kimlər yaşayıbsa, orada yaşamağa davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR