Qəbələdə minik avtomobili yanıb

Qəbələdə minik avtomobili yanıb
# 05 sentyabr 2016 00:14 (UTC +04:00)

Bakı-APA. Qəbələdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonu, Savalan kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR