Gürcüstandan Azərbaycana pul köçürmələrin həcmi artıb, əks istiqamətdə azalıb

Gürcüstandan Azərbaycana pul köçürmələrin həcmi artıb, əks istiqamətdə azalıb
# 27 iyun 2016 11:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 5 ayında Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 636 min dollar pul köçürülüb.

APA-Economics” Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin may ayı ilə müqayisədə 35,2 min dollar və ya 5,86% çoxdur. Aprel ayı ilə müqayisədə may ayında Gürcüstandan ölkəmizə pul axını 60,5 min dollar və ya 10,51% artıb. Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 4,03%-ə bərabərdir.

Hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana 985,1 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin may ayına nisbətən 380,3 min dollar və ya 27,85% azdır. Bu ilin may ayı ilə aprel ayını müqayisə edəndə məlum olur ki, son 1 ildə olduğu kimi ay ərzində də Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 86,5 min dollar və ya 8,07% azalıb.

Ümumiyyətlə, bu ilin 5 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,06%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR