Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı Fond Birjasının (BFB) rəhbərliyində dəyişiklik baş verib.
"APA-Economics" xəbər verir ki, Daşqın İsmayılov BFB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tərk edib. Onu Elçin Behbudov əvəzləyib.
Qeyd edək ki, hazırda BFB-nin İdarə Heyətinin sədri Fariz Əzizovdur. Onun iki müavini var: Vüqar Namazov və Elçin Behbudovdur.