Tofiq Yaqubluya xəbərdarlıq edilib

Tofiq Yaqubluya xəbərdarlıq edilib
# 15 aprel 2016 15:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb. Bu barədə APA-ya T. Yaqublunun özü məlumat verib. O bildirib ki, idarədə baş prokurorun müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyevlə görüşüb, ona xəbərdarlıq edilib: “Rüstəm Usubov mənə dedi ki, mətbuata müsahibələrimdə müəyyən yanlışlıqlara yol vermişəm. “Yeni Müsavat” qəzetinə müsahibəmdə dini məsələlərlə bağlı fikirlərimə etiraz etdi ki, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu. Mən də öz növbəmdə dedim ki, bu məqsədlə fikir bildirməmişəm. Sonra xəbərdarlıqla bağlı mətni imzaladım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR