Los-Anceles sakini Rusiyada azyaşlı qızları zorladığına görə 150 il həbs cəzasına məhkum edilib

Los-Anceles sakini Rusiyada azyaşlı qızları zorladığına görə 150 il həbs cəzasına məhkum edilib
# 14 mart 2016 23:36 (UTC +04:00)

Bakı-APA. Los-Anceles sakini Yusef Abramov Rusiyada həddi-buluğa çatmamış qızları zorladığına görə 150 il həbs cəzasına məhkum edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Rusiya və ABŞ vətəndaşlığı olan 58 yaşlı Abramov 2009-2011-ci illərdə Rusiya ərazisində azyaşlı qızları zorlamaqda təqsirli bilinib.

Rusiya İstintaq Komitəsi, ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşlığı nəticəsində cinayətkarı məsuliyyətə cəlb etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR