Xəzər dənizində daha bir nəfər batıb

Xəzər dənizində daha bir nəfər batıb
# 21 iyul 2016 08:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xəzər dənizində daha bir nəfər batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb sudan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR