Putin İŞİD-in genişlənə biləcəyini istisna etmir

Putin İŞİD-in genişlənə biləcəyini istisna etmir
# 14 aprel 2016 11:39 (UTC +04:00)

Bakı – APA. “Suriya ordusu hazırda ciddi hücum əməliyyatları keçirmək gücündədir”.

APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında deyib.

Hələb ətrafında mürəkkəb durumun olduğunu deyən Putin şəhər ətrafında həm Suriya müxalifətinin, həm də “Cebhat Ən Nusra” terror qruplaşmasının fəaliyyyət göstərdiyini bildirib. “Onları ayırmaq çox çətindir”, - deyə o vurğulayıb.

İŞİD-ə gəldikdə isə bu terrorçu qruplaşmasının fəaliyyət miqyasının genişlənə biləcəyini istisna etməyib.

Putin onu da əlavə edib ki, Rusiyanın Suriyada qalan hərbi kontingenti qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR