“Sevil Massivi” MTK məhkəməyə verilib

“Sevil Massivi” MTK məhkəməyə verilib
# 25 fevral 2016 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Sevil Massivi” MTK məhkəməyə verilib.

APA-nın məlumatına görə, “Qranit-F” MMC borcun tutulması barədə iddia ərizəsi ilə Sumqayıt şəhər İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Hazırda iddiaya məhkəmədə baxılır.

Qeyd edək ki, 2014-cü ildə “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departamentində başlanan cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

MTK-nın təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan onların barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR