Rio-2016: Azərbaycan güllə atıcısı ilk mərhələdə 14-cü olub

<b>Rio-2016:</b> Azərbaycan güllə atıcısı ilk mərhələdə 14-cü olub
# 13 avqust 2016 00:42 (UTC +04:00)

Bakı-APA. Rio Olimpiadasında güllə atıcılığı üzrə yarışlar baş tutub.

Apasport.az saytının məlumatına görə, 25 m məsafəyə atəşaçmada Azərbaycan millisinin snayperi Ruslan Lunyov da hədəf önünə keçib.

10 m məsafəyə atəşaçmada 15-ci olan həmyerlimiz ikinci cəhdində artıq ilk atışını edib. Təmsilçimiz ilk cəhdində 288 xal toplayıb.

Bu nəticə ilə 26 idmançı arasında 14-cü sırada qərarlaşmış idmançımızin ikinci cəhdi bu gün baş tutacaq. Yarış Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR