İran XİN rəhbərinin müavini: "Suriyaya dəstəyimizi davam etdirəcəyik"

İran XİN rəhbərinin müavini: "Suriyaya dəstəyimizi davam etdirəcəyik"
# 28 yanvar 2016 11:56 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.

"Biz dəstəyimizi bir neçə aspekt üzrə davam etdirəcəyik. Rusiya və İran ölkə qarşısında duran təhdidlərin qarşısı alınanadək Suriyaya dəstək verməkdə davam edəcək", - deyə iranlı diplomat vurğulayıb.

İran XİN başçısı müavininin sözlərinə görə, Tehranla Moskva Suriya böhranının siyasi yolla nizamlanmasını dəstəkləyirlər: "Biz BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Stefan de Misturanın səylərini də dəstəkləyirik. O, suriyalılar arasında siyasi dialoq qurmaq üçün çalışır. Tehran yanvarın 29-da Cenevrədə başlanacaq Suriya danışıqlarına nikbinliklə yanaşır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR