Deputat İsmayıllıda tədbirlərdə iştirak edib

Deputat İsmayıllıda tədbirlərdə iştirak edib
# 01 sentyabr 2016 08:07 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda təhsil bayramında və Azərbaycan prezidenti cənab İlham Əliyevin İsmayıllıya səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağında iştirak edib.

Deputatın qərargahından APA-ya bildirilib ki, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən təhsil bayramına ali məktəblərə daxil olan abituriyentlər, onların müəllimləri, rayon ziyalıları, ictimaiyyətin nümayəndələri və qonaqlar da qatılıblar. Novruz Aslanov öz çıxışında respublikada təhsil sahəsinin inkişafından, dövlətin tələbələrə verdiyi dəstəkdən, ali məktəblərə yüksək balla qəbul olan İsmayıllı rayonunun gənclərinin sayının ilbəil artmasından söhbət açıb.

Qeyd edək ki, ötən dərs ilində rayon üzrə tam orta məktəbləri 885 nəfər bitirib. Ali məktəblərə sənəd verən 530 nəfərin 293-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında 1 nəfər 700 bal, 28 nəfər 600-dən, 46 nəfər isə 500-600 arası bal toplayıb və 3 nəfər tam orta məktəbi qızıl medalla bitirib. Tədbirin sonunda Novruz Aslanov yüksək bal toplayan hər bir tələbəyə dəyərli hədiyyələrini təqdim edib.

Tədbirdə millət vəkili Novruz Aslanov rayonun inkişafından, prezidentin İlham Əliyevin İsmayıllıda görülən işlərdən razı qalmasının hər birimiz üçün sevindirici hal olmasından, rayon sakinlərinin dövlət siyasətinə verdiyi dəstəkdən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR