“Unibank” “Albalı Plus” kartını pulsuz rəsmiləşdiriləcək

“Unibank” “Albalı Plus” kartını pulsuz rəsmiləşdiriləcək
# 06 noyabr 2015 12:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” Azərbaycan xalqını 9 noyabr Dövlət Bayrağı günü münasibətilə təbrik edir, bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzulayır.

Bakdan “APA-Economics”ə verilən məlumata görə, əlamətdar gün münasibəti ilə “Unibank” xüsusi aksiyaya başlayır.

Kampaniya çərçivəsində yalnız noyabrın 7-də bank filiallarında “Albalı Plus” kartı pulsuz rəsmiləşdiriləcək. Hazırda bankda 10 000 manatadək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir. Manat kreditləri 36 ayadək müddətə verilir.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR