Zakir Həsənov BƏƏ səfiri ilə görüşüb

Zakir Həsənov BƏƏ səfiri ilə görüşüb
# 09 dekabr 2015 15:01 (UTC +04:00)

Bakı-APA. Delabrın 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Ahmed Hamel Al Qubaisi ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfir olmağından məmnunluğunu ifadə edən diplomat ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR