Azərbaycanın dövlət başçısı Latviya və Finlandiyanın sabiq prezidentlərini qəbul edib

Azərbaycanın dövlət başçısı Latviya və Finlandiyanın sabiq prezidentlərini qəbul edib
# 11 mart 2016 10:22 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Latviyanın sabiq prezidenti Valdis Zatlersi qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun yaxşı ənənəyə çevrildiyi və tədbirə olan marağın ildən-ilə artdığı vurğulanıb.

Forumda müzakirə edilən məsələlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyi və aktuallığı ilə diqqəti cəlb etdiyi bildirilib, tədbirin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.

İ. Əliyev həmçinin Finlandiyanın sabiq prezidenti Tarya Haloneni qəbul edib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumun yüksək səviyyədə keçirilməsindən məmnunluq ifadə edilib. Forumun artıq aparıcı beynəlxalq müzakirə məkanları ilə eyni sırada dayandığı vurğulanıb, tədbirdə müzakirə edilən məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR