Nazirlik: Maaşların artırılması barədə sərəncam 60 mindən çox müəllimi əhatə edəcək

Nazirlik: Maaşların artırılması barədə sərəncam 60 mindən çox müəllimi əhatə edəcək
# 18 mart 2016 10:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan prezidenti İlham Əliyevin martın 17-də dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşlarının artırılması barədə imzaladığı sərəncam 60 mindən çox şəxsi əhatə edəcək”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O qeyd edib ki, diaqnostik qiymətləndirmədən müəllim kontingentinin 40 faizi keçib ki, onların da əmək haqqı aprelin 1-dən artırılacaq.

Sektor müdiri əlavə edib ki, sərəncam indiyə kimi diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR