Yuğ teatrında “Rindi-Şeyda” tamaşasının premyerası keçirilib

Yuğ teatrında “Rindi-Şeyda” tamaşasının premyerası keçirilib
# 07 iyul 2016 08:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yuğ Dövlət Teatrında “Rindi-Şeyda” tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada Yuğ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edib.

Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR