ATƏT PA-nın sədri cəbhə xəttində yaranmış gərginliyə münasibət bildirib

ATƏT PA-nın sədri cəbhə xəttində yaranmış gərginliyə münasibət bildirib
# 03 aprel 2016 08:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Parlament Assambleyası (PA) Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

APA-nın məlumatına görə, bu barədə ATƏT PA sədri İlka Kanerva və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kristian Vigeninin birgə bəyanatında deyilir. Onlar hesab edir ki, döyüşlər dayandırılmalıdır: "Dağlıq Qarabağ münaqişəsi uzun illər xeyli insan itkisinə səbəb olub. Biz tərəfləri atəşi dayandırmağa və növbəti zorakılıq hallarının artmasından qaçmaq üçün maksimum təmkin göstərməyə çağırırıq".


Onlar ATƏT-in Minsk qrupuna və onların münaqişənin sülh yolu ilə həlli səylərinə tam dəstəklərini bir daha qeyd ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR