Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb
# 05 avqust 2016 23:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb.

Başqa sözlə, bundan sonra yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR