Gəncədə mağazada yanğın baş verib

Gəncədə mağazada yanğın baş verib
# 28 iyul 2016 16:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə mağazada yanğın hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Daş Körpü adlanan ərazisində yerləşən inşaat malları satılan mağazada baş verən yanğını söndürmək üçün əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Hazırda alovun söndürülməsi və yanğının qonşu tikililərə keçməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR