İraqda İŞİD-in neft tədarükünə cavabdeh şəxsi öldürülüb

İraqda İŞİD-in neft tədarükünə cavabdeh şəxsi öldürülüb
# 12 avqust 2016 05:52 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının İraq və Suriya ərazilərində neft tədarükünə cavabdeh olan şəxsi öldürülüb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, daha çox “Hacı Həmid” adı ilə tanınan Sami Cassim əl-Cəburi adlı terrorçu köməkçisi ilə birlikdə İraqın Suriya ilə həmsərhəd Əl-Kaym şəhərinin yaxınlığında məhv edilib.

Məlumata görə, əməliyyat İran kürdlərindən ibarət silahlı qruplaşma və ABŞ xüsusi təyinatlıları tərəfindən birgə həyata keçirilib.

Məlumatda həmçinin qeyd olunur ki, əməliyyat İraq hökuməti ilə razılaşdırılıb və əməliyyatda İraq ordusu da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR