Göygöl sakini döyülüb

Göygöl sakini döyülüb
# 06 oktyabr 2016 00:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Göygöl rayon sakini döyülüb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1974-cü il təvəllüdlü Mayıl Hacıyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İnsident Göygöl rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında qeyd alınıb. İlkin məlumata əsasən, sərxoş vəziyyətdə olan 42 yaşlı kişi bir neçə naməlum şəxs tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR