Azərbaycan XİN rəhbəri: "Minsk qrupunun tam tərkibdə toplantılarının keçirilməsi zəruridir"

Azərbaycan XİN rəhbəri: "Minsk qrupunun tam tərkibdə toplantılarının keçirilməsi zəruridir"
# 17 mart 2016 14:40 (UTC +04:00)

APA-nın nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə Almaniyanın ATƏT-in fəaliyyətdə olan sədri statusunda prioritetləri, Ermənistan-Azərbaycan münaqişəsi, ATƏT-lə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən E. Məmmədyarov Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud “status-kvo”nu davam etdirmək və Azərbaycan ərazilərini ilhaq etmək olduğunu vurğulayıb. İnsidentlərin araşdırılması kimi texniki məsələnin qəsdən gündəmə gətirilməsinin Ermənistanın münaqişənin həllindən diqqəti yayındırmaq cəhdlərindən biri olduğunu nəzərə çatdırıb.

O, insidentlərin araşdırılması kimi texniki məsələnin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi kimi nəzərdən keçirilə biləcəyini deyib.

E. Məmmədyarov ATƏT-in Minsk qrupunun bütün üzvlərinin münaqişənin həllinə töhfə verməsinin və tam tərkibdə Minsk qrupunun toplantılarının keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir bildirib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən ilk növbədə Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

G. Baxler isə ətraflı məlumata görə təşəkkürünü bildirib. O, hazırda ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın prioritetləri haqqında məlumat verərək, regional sülh və sabitlik üçün təhlükə olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR