Səudiyyə Ərəbistanı dünyanın ən iri investisiya fondunu yaradır

Səudiyyə Ərəbistanı dünyanın ən iri investisiya fondunu yaradır
# 01 aprel 2016 14:00 (UTC +04:00)

Bakı - APA-Economics. Ucuz neft dövrünə hazırlaşan Səudiyyə Ərəbistanı dünyanın ən iri suveren investisiya fondunu yaratmaq niyyətindədir. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın şahzadəsi, müdafiə naziri Məhəmməd bin Salman bildirib.

Onun sözlərinə görə, "Public Investment Fund" (PIF) adlanacaq fond krallığın bütün aktivlərini özündə birləşdirəcək. PIF-in aktivlərinin ümumi həcmi 2 trilyon dollar təşkil edəcək.

Nazir qeyd edib ki, nefti 1 barrelinin dəyəri hətta 10 dollara enərsə, fondun bazar dəyəri 2,5 trilyon dollar təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR