Təhsil Nazirliyi: Ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirilib

Təhsil Nazirliyi: Ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirilib
# 31 may 2016 11:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda keçiriləcək “Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR