Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin prezidenti ilə görüşüb
# 21 sentyabr 2016 17:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, C. Şapiro Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib və ABŞ ictimaiyyətində bu barədə məlumatlandırmanın artırılmasının vacibliyini diqqətə çatdırıb.

E. Məmmədyarov isə müxtəlif sivilizasiyaların, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda əsrlər boyu sülh, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşadığını deyərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu vurğulayıb. O, Azərbaycan prezidentinin sərəncamı ilə 2016-ci ilin “Multikulturalizm ili” elan edilməsi barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR