Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Əgər əvvəllər mallar satılanda ƏDV-yə cəlb edilirdisə, bu il yanvarın 1-dən etibarən mallar idxal edilən zaman ƏDV-yə cəlb edilir”.
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev deyib.
O qeyd edib ki, DGK-nın büdcə daxilolmaları ilə bağlı öhdəliyi artırılacaq. "Bu məsələ ilə bağlı hökumətlə danışıqlar gedir. Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur", - deyə S. Mehdiyev bildirib.
O əlavə edib ki, Dövlət Gömrük Komitəsi hökumətə gömrük rüsumlarının artırılması ilə bağlı müraciət edib: “Lakin bu, qiymətlərin artırılması üçün verilən qərar deyil”.
Dövlət Gömrük Komitəsi: Bəzi rüsumların artırılması, bəzilərinin azaldılması nəzərdə tutulur
29 yanvar 2016 09:12 (UTC +04:00)
Maliyyə
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri cüzi azalıb
15:53
30 aprel 2024
Ötən il SİF-in əsas rəhbər heyətinə ödənilən vəsait açıqlanıb
14:50
30 aprel 2024
"PAŞA Həyat" ən çox tövsiyə olunan həyat sığortası şirkəti seçilib
14:18
30 aprel 2024
Azərbaycanda dörd ayda valyuta hərraclarında 2.4 mlrd. dollar satılıb
12:30
30 aprel 2024