Yaşlı qadını qətlə yetirən şəxslərə hökm oxunub

Yaşlı qadını qətlə yetirən şəxslərə hökm oxunub
# 22 sentyabr 2016 09:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. İsayev 20il, Ş. Məhərrəmov isə 19 il müddətinə azadlıqdan məhrum ediliblər.


Qeyd edək ki, bu ilin aprelində 76 yaşlı Nelli Sultanovanın meyiti Bakının Suraxanı rayonundakı mənzilində tapılıb. Keçirilən əməliyyatla onu qonşusu Vüsal İsayev və Bakı sakini Şəmsi Məhərrəmovun tamah məqsədilə qətlə yetirdiyi müəyyənləşib. Tutulan şəxslər evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı təhvil veriblər. Məlum olub ki, onlar stəkanla qadının gicgah nahiyəsindən vuraraq qətlə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR