Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri arasında telefon danışığı olub

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri arasında telefon danışığı olub
# 21 iyul 2016 16:53 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Tərəflər Bakıda keçiriləcək Rusiya-Azərbaycan-İran formatı üzrə yüksək səviyyəli görüşə hazırlıq, habelə ikitərəfli münasibətlərin bir sıra aspektlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR