Goranboy sakinindən 15 kq narkotik götürülüb

Goranboy sakinindən 15 kq narkotik götürülüb
# 25 aprel 2016 11:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Biləsuvar rayonunda Goranboy sakinindən xeyli miqdarda narkotik vasitə aşkarlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini Cavanşir Musayevdən 14 kiloqram 840 qram tiryək götürülüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR