Zərif: "Bu görüş çox gözəl başlanğıc oldu"

Zərif: "Bu görüş çox gözəl başlanğıc oldu"
# 07 aprel 2016 10:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Biz inanırıq ki, bu əməkdaşlıq hər üç xalğın və regionun maraq və prioritlerinə uyğundur".

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonrakı mətbuat konfransında deyib.

O, regionda sabitliyin sülh və təhlükəsizlik üçün vacib amil olduğunu bildirib.

Görüşdə müxtəlif məsələlər, o cümlədən nəqliyyat dəhlizlərinin inkişafına dair müzakirələr aparıldığını qeyd edən nazir bu dəhlizlər daşınmaların sürətlənməsinə rəvac verəcəyini qeyd edib: "Aprelin 20-də Astara-Astara dəmiryolu xətti ilə bağlı mərasim keçiriləcək. Ardınca Rəşt-Astara dəmiryolu xətti üzrə müzakirələrə başlayacağıq. Bu görüş çox gözəl başlanğıc oldu. Biz gömrük, turizm və digər sahələrdə də üçtərəfli əməkdaşlığı müzakirə etdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR