Qadının 70 manatını alan şəxsə 8 illik həbs cəzası verilib

Qadının 70 manatını alan şəxsə 8 illik həbs cəzası verilib
# 25 avqust 2016 11:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azad Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatın görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Camalov 8 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Camalov Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatını və sənədlərini soyğunçuluq yolu ilə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR